Kriminal aləmə aid materiallar yayan şəxs tutuldu
13 iyun 2009 11:00 (UTC +04:00)

Kriminal aləmə aid materiallar yayan şəxs tutuldu

Onun Sumqayıtda gənclərə kriminal aləmə aid, qəddarlıq, jarqon anlayışların əks olunduğu şəkillər və yazılarla dərs keçdiyi məlum olub



Azərbaycanın Sumqayıt şəhərində kriminal aləmə aid materiallar və jarqon ifadələr yayan şəxs həbs edilib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində kriminal aləmə aid təbliğatla məşğul olan bir qrup gəncin toplaşdığı məkan aşkarlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Ağarəhim Qəribşah oğlu Məmmədovun bir yerə topladığı gənclərə kriminal aləmə aid, qəddarlıq, jarqon anlayışların əks olunduğu şəkillər və yazılarla dərs keçdiyi məlum olub.

A. Məmmədov tutularaq məsuliyyətə cəlb edilib və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1301

Oxşar yazılar