Toy mərasiminə silahlı basqın: 45 ölü, 6 yaralı
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib
Türkiyənin Mardin şəhərinin Mazıdağı qəsəbəsinə bağlı Bilgə kəndində dəhşətli cinayət hadisəsi baş verib. Kənddə keçirilən toy mərasiminə silahlı basqında 45 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, toy mərasimini qətliama çevirən şəxslərin kimliyi bilinmir.
Basqın keçmiş kənd icra nümayəndəsi Cəmil Çələbinin qızının toyunda baş verib. Bəzi mənbələr hadisəni iki ailə arasındakı qan davasının nəticəsi kimi təqdim etsələr də, ekspertlər baş verənlərdə qorxulu siyasi elementlər olduğunu bildirirlər.
Türkiyə mediasının xəbərlərində bildirilir ki, jurnalistlər təhlükəsizlik mülahizələri ilə əraziyə buraxılmırlar.
Hadisədən dərhal sonra hakim AKP-nin rəhbərliyinin toplantısında olan Baş nazir Ərdoğan daxili işlər naziri Bəşir Atalayı arayaraq, ondan ətraflı məlumat alıb.
Ölənlərin çoxunun qadın və uşaqlar olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, 4-5 nəfər maskalı şəxs uzun lüləli avtomat silahlarla nikah mərasiminin keçirildiyi iki evi 15 dəqiqə ərzində atəşə tutub. Kənddə olan mühafizəçilər cavab atəşi açsalar da, hücumçular yaxınlıqdakı vadidə gözdən itiblər.
Ölənlərin 12 nəfəri Çələbi soyadını daşıyır.
Mazıdağı qəsəbəsinin icra nümayəndəsi Aytaç Akgül hadisənin terror olmadığını, canilərin axtarışının davam etdiyini açıqlayıb.

896