Neft Akademiyasının qarşısında aksiya keçirilir
01 may 2009 10:07 (UTC +04:00)

Neft Akademiyasının qarşısında aksiya keçirilir

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aprelin 30-da terror aktı törədilən korpusunun qarşısında etiraz aksiyası təşkil olunub.


Lent.az-ın əməkdaşının məlumatına görə, “İrəli” Gənclər Birliyinin təşkil etdiyi aksiya “Terrora yox” şüarı ilə keçirilir. Aksiyaya təşkilatın üzvləri, ADNA-nın tələbələri ilə yanaşı, digər ali məktəblərin tələbələri də qatılıblar. Məlum olub ki, terror zamanı qətlə yetirilənlərdən Savalan Cabbarov “İrəli”nin üzvü olub.
# 789

Oxşar yazılar