Yaralılardan 10 nəfərin vəziyyəti ağırdır
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş hadisəni araşdıran istintaq qrupu istintaq hərəkətlərini davam etdirilir.
Bu barədə Lent.az-a Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Elkdar Sultanov bildirib. Onun sözlərinə görə, intensiv istintaq hərəkətləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altında Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında aparılır.
E.Sultanov qeyd edib ki, cinayət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 13 nəfərdən 3-ü ötən gün ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qalan 10 nəfərin vəziyyəti isə stabil ağırdır.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

864