Hadisənin şahidlərinə psixoloji yardım göstəriləcək
01 may 2009 11:30 (UTC +04:00)

Hadisənin şahidlərinə psixoloji yardım göstəriləcək

Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən aksiyaya qatılanların sayı artır.


Lent.az-ın əməkdaşının məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev də hadisə yerinə gedib. Nazir müavini törədilən cinayətin təkcə Azərbaycan gənlərinə yox, həm də Azərbaycan millətinə, Azərbaycan dövlətinə qarşı olduğunu vurğulayıb. O, hadisənin şahidlərinə psixoloji yardım göstərilməsinin vacib olduğunu da deyib: “Çox böyük hadisədir, hadisənin şahidləri dərin sarsıntı keçiriblər. Buna görə onlara psixoloji yardım göstərilməlidir. Artıq mütəxəssislərlə bu istiqamətdə iş aparılır. Şahidlərə psixoloji yardım göstəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar