“Hadisənin arxasında maraqlı qüvvələr ola bilər”
Millət vəkili Zahid Oruc belə hesab edir
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) aprelin 30-da törədilən silahlı terror basqını nəticəsində həlak olanları məktəbdə keçirilən anım mərasiminə millət vəkilləri də qatılıblar.
Lent.az-ın əməkdaşının məlumatına görə, hadisə yerinə gedən millət vəkili Zahid Oruc jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağına ümid etdiyini deyib: “Bu hadisənin arxasında maraqlı qüvvələrin olması mümkündür. Həmin qüvvələr qətlə yetirilən tələbələrlə yanaşı, hadisəni törədən şəxsi də öz qurbanına çevirib. Terrorun milləti yoxdur. Bu qanlı hadisənin təfərrüatları açıqlanacaq".

801