Deputat Gülər Əhmədovanın evinə basqın edilib
Hüquq-mühafizə orqanları araşdırma aparır
Aprelin 19-u Milli Məclisin üzvü Gülər Əhmədovanın evinə basqın edilib.
Lent.az-ın məlumatına görə, xanım millət vəkili məsələ ilə bağlı Xətai rayon 37-ci polis bölməsinə müraciət edib. Bölmədən Lenn.az-a faktı təsdiqləyiblər. Qeyd olunub ki, faktla bağlı istintaq hərəkətləri aparılır: “Əlavə heç bir məlumat verə bilmərik”.
Gülər Əhmədova isə məsələ ilə bağlı danışmaq istəməyib. Millət vəkili Lent.az-ın əməkdaşının sualına faktı nə təsdiq, nə də təkzib edib: “Əl çəkin məndən, yasım var”.
Qeyd edək ki, məlumatı ilk olaraq “Azadlıq” qəzeti yayıb.
Pərvin ABBASOV

972