Gəncədə iki avtomobil yandı
05 mart 2009 21:30 (UTC +04:00)

Gəncədə iki avtomobil yandı

Yanğın QAZ 24»-ün qabaq aparıcı hissəsinin çıxaraq «Qazel»-ə dəyməsi nəticəsində baş verib

Bu gün saat 03:53-də Gəncənin Heydər Əliyev prospektində hərəkətdə olan iki avtomobil yanıb. Hadisə 1976-cı il təvəllüdlü Təhməzov Abil Nüsrət oğlunun idarə etdiyi “QAZ 24” markalı 10 BC 641 dövlət nömrə nişanlı avtomobilin qabaq aparıcı hissəsinin çıxaraq 1656-cı il təvəllüdlü İsmayılov Arif İsmayıl oğlunun idarə etdiyi “Qazel” markalı mikroavtobusa dəyməsi nəticəsində baş verib. Yanğın nəticəsində avtomobillər yararsız hala düşüb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə 3 yanğın söndürən maşının müdaxiləsi ilə alov zərərsizləşdirilib. Yaxınlıqda olan 20 JD 549 dövlət nömrə nişanlı «Mitsubishi» markalı avtomobili xilas etmək mümkün olub. Yanğında xəsarət alan yoxdur.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar