Radikal dini qrupun məhkəməsində polislər ifadə veriblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənib. Şahid qismində təqsirləndirilən Hacıbala Hüseynovun tələbə yoldaşı Aydın Sahibli ifadə verib. Qətərin Azərbaycandakı səfirliyində tərcüməçi işləyən şahid deyib ki, H. Hüseynovla 2000-2002-ci ildə Suriyanın paytaxtı Dəməşqdə yerləşən Əl-Fəthx İslam Universitetində təhsil alıb. Şahid deyib ki, 2002-ci ildə H. Hüseynov təhsilini yarımçıq qoyaraq Dəməşqdə dolanışıq üçün müxtəlif işlərlə məşğul olub. A. Sahiblinin sözlərinə görə, o, H. Hüseynovun dini baxışları ilə onun yanaşması arasında fərqlər olub.
H. Hüseynovun dini xütbələrinə münasibət bildirən şahid deyib ki, o öz fikirlərində İslam dövlətinin qurulmasını, dini qaydaların tətbiqini təlqin edib.
Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə də elan olunub. Onun ifadəsində qeyd olunub ki, H. Hüseynov Dəməşqdə yaşayan zaman Suriyada və Türkiyədə “Kaplançılar” kimi tanınan dini qrupun təsiri altına düşüb. Dəməşqdə olan Əbu-Nur məscidində Ələddin Xoca adlı şəxsdən dini təhsil alıb. Şahid ifadəsində onu da bildirib ki, “Kaplançılar”ın rəhbəri sayılan Cəmaləddin Kaplan və Ələddin Xoca Türkiyə vətəndaşıdırlar, onlar Türkiyədə radikal dini fəaliyyətlərinə görə həbs olunub, sonradan ölkədən çıxarılıblar.
İbtidai istintaqda verilən ifadəni narazılıqla qarşılayan H. Hüseynov dövlət əleyhinə çıxışlar etmədiyini qeyd edib.
Prosesdə, həmçinin şahid qismində təqsirləndirilən Rövşən Əbdüləliyevlə Dubay Əmirliyində işləyən Rövşən Həsənov ifadə verib.
Daha sonra prosesdə Yasamal rayon Polis İdarəsinin (Pİ) keçmiş rəis müavini, ehtiyatda olan polis polkovniki Çingiz Məmmədov təqsirləndirilən Kamran Babayevin Yasamal rayon ərazisindəki “Beretta” mağazasından “Vinçester” markalı silah alması epizodu ilə bağlı ifadə verib.
Hakim İ. Neymanov deyib ki, Yasamal rayon Pİ-nə göndərilən sorğuya verilən cavabda həmin silahın qeydiyyatda olmadığı bəli olub. Lakin K. Babayevdə silahın qanuni olmasını göstərən və Yasamal rayon Pİ tərəfindən verilən vəsiqə var və orada o zaman polis rəisinin müavini işləmiş Çingiz Məmmədovun imzası qeyd olunub. Məhkəmədə Ç. Məmmədovun imzası yoxlanıb. Ç. Məmmədov deyib ki, ittiham aktında qeyd edildiyi kimi heç kimə 1 saat ərzində silah verilmir. Sabiq rəis müavini məhkəmədə imzanın ona məxsus olub-olmadığını deyə bilməyib.
Həmin epizod üzrə Yasamal rayon Pİ-nin ictimai təhlükəsizlik şöbəsinin xidmət üzrə baş inspektoru işləmiş polis mayoru Yusif Bayramov da ifadə verib.
Hakim deyib ki, Baş Prokurorluqdan məhkəməyə daxil olan məlumatdan bəlli olub ki, Kamran Babayevin silah aldığı “Beretta” mağazasının sahibi Qürbət Nəcəfov adlı şəxsin barəsində cinayət işi başlanıb və o, həbs edilib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

1760