Sabiq Rüstəmxanlını hədələyən nardaranlıların istintaqı yekunlaşıb
26 fevral 2009 10:00 (UTC +04:00)

Sabiq Rüstəmxanlını hədələyən nardaranlıların istintaqı yekunlaşıb

0
Cinayət işinin materialları məhkəməyə göndəriləcək

Bakının Nardaran qəsəbəsinin sakinləri Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Ə. Hüseynovun vəkili Əlövsət Ağamoğlanov APA-ya bildirib ki, ibtidai istintaq hərəkətləri yekunlaşıb, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının da ifadəsi alınıb. İstintaq materialları fevralın 27-də baxılmaq üçün Sabunçu rayon Məhkəməsində göndəriləcək.

Qeyd edək ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsinə dair səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə fakt üzrə cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nardaran sakinləri Hacı Əli Hüseynov, fevralın 3-də isə Hacı Hikmət Vəliyev şübhəli şəxs qismində saxlanılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1954

Oxşar yazılar