Nurçulara hökm oxundu
18 fevral 2009 18:00 (UTC +04:00)

Nurçulara hökm oxundu

Özbəkistanda Fətulla Gülən tərəfdarı olan bir qrup (nurçular) şəxsə hökm oxunub.

Lent.az-ın “fergane.ru”ya istinadən məlumatına görə, həmin şəxslər Xarəzm və Buxara şəhərlərində keçirilən əməliyyat nəticəsində həbs olunublar. Tutulan şəxslər 6 il 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər. Həmin şəxslərin kimliyi barədə məlumat verilməsə də, onların 1990-cı illərdə Fətulla Gülənin məktəblərində təhsil aldığı və nurçu olduğu bildirilir.

Məlumatda qeyd olunub ki, Özbəkistanda nurçuların fəaliyyət göstərməsi qanunla qadağan edilib. Fətulla Gülənin Özbəkistandakı məktəbləri 2000-ci illərdə bağlanıb.

Saytın iddiasına görə, Fətulla Gülənin məktəbləri keçmiş SSRİ ölkələri arasında yalnız Azərbaycan və Qazaxıstanda sərbəst fəaliyyət göstərir. Başda Rusiya və Özbəkistan olmaqla, keçmiş SSRİ ölkələrində nurçuların fəaliyyəti qadağan edilib. 2001-ci ildən indiyədək Rusiyada nurçulara məxsus 16 təhsil ocağı bağlanıb, 50 müəllim ölkədən deportasiya olunub. Rusiya buna səbəb kimi, həmin məktəbləri ABŞ-a casusluq, pantürkizm və radikal islamı yaymaqda ittiham edib.

Məlumatda iddia edilir ki, hazırda nurçuların Azərbaycanda bir universiteti, 12 liseyi və 1 orta məktəbi, Qazaxıstanda 27 liseyi, 1 orta məktəbi, Qırğızıstanda 11 liseyi, Türkmənistanda 1 universiteti, 16 liseyi, Tacikistanda isə 5 liseyi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774

Oxşar yazılar