Bakıda nənə və nəvə dəm qazından boğulub
18 yanvar 2010 11:30 (UTC +04:00)

Bakıda nənə və nəvə dəm qazından boğulub

Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Hadisə yanvarın 17-dən 18-ə keçən gecə Bakının Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 12, mənzil 25-də qeydə alınıb. Həmin ünvanda yaşan 81 yaşlı Səbirə Əhmədova və onun nəvəsi? 17 yaşlı Firuzə Qəniyeva dəm qazından boğularaq ölüblər. Hadisə 17 yaşlı Firuzə nənəsini hamamda çimizdirərkən baş verib.


Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
# 607

Oxşar yazılar