Kabardin-Balkardan gəlin gəlmiş qadın özünü öldürüb
Noyabrın 22-də Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda, Dosiyev küçəsi 101, mənzil 53-də yaşayan 1982-ci il təvəllüdlü Canburazova Mədinə Yusub qızı özünü tavandakı taxta dirəkdən asıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
Məlumata görə, intihar etmiş 30 yaşlı M.Canburazova Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının vətəndaşıdır. Milliyətcə kabardin olan qadın bir müddət əvvəl Nalçikdən Gəncəyə gəlin köçüb. O Nalçikdə tikintidə işləyən azərbaycanlı kişi ilə ailə həyatı qurduqdan sonra Gəncədə məskunlaşıb.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00