Elçin Əfəndiyev danışdı: “Təmiz adımı ləkələməyin...”
“Mənim bir təmiz adım var. Jurnalistlərdən xahiş edirəm ki, onun ləkələnməsinə imkan verməsinlər”.
Bu açıqlamanı APA-ya Azərbaycan baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyev verib.
Elçin Əfəndiyev bildirib ki, Elşad Abdullayevin video qalmaqalı ilə bağlı saxlanmış Vaqif Hüseynovun onun köməkçisi kimi təqdim edilməsi doğru deyil. Baş nazirin müavinin dediyinə görə, Vaqif Hüseynov əvvəllər onun rəhbərliyi altında işləsə də, üç il əvvəl azad edilib.
“Mən adımın bu cür qalmaqallarda hallandırılmasını xüsusilə pul söhbətlərinə qarışmasını arzu etmirəm. İllər boyu təmiz adımı qorumuşam. Media işçilərindən xahiş edirəm ki, bundan sonra da mənim adımı ləkələməyə çalışmasınlar”.
Xatırladaq ki, ABU-nun sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb. Tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir. Onun Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat aldığı güman olunur.

Oxşar yazılar

Gənc futbolçu Şüvəlan çimərliyində batdı - YENİLƏNİB
18 iyul 2025 , 00:00
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05