“Musto” həbsxanada öldü
1995-ci il mart hadisələrinə görə həbs edilmiş Mustafayev Xosrov Ramazan oğlu Qobustan həbsxanasında ölüb. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, X.Mustafayev noyabrın 6-na keçən gecə həbsxanada ürək tutması nəticəsində keçinib.
Qeyd edək ki, X.Ramazanov Qarabağ müharibəsində fəal iştirak edib. “Musto” ləqəbi ilə tanınan keçmiş döyüşçü 1994-cü ilin yanvar və oktyabr aylarında prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Lakin 1995-ci ildə mart hadisələri zamanı Rövşən Cavadovun qanunsuz dəstəsinə qoşulduğu və dövlətçilik əleyhinə silahlı birləşmədə iştirakına görə vətənə xəyanət maddəsi ilə həbs edilib və məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyev 2006-cı ildə Xosrov Mustafayevin 1994-cü ilin yanvar və oktyabr aylarında aldığı “Azərbaycan Bayrağı” ordenlərindən məhrum edilməsi barədə fərman imzalayıb.
Nizam RZA

Oxşar yazılar

Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05