Dünya bu gün
06 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1494. Osmanlı hökmdarı Sultan Süleyman Qanuni anadan olub

1860. Avraam Linkoln ABŞ-ın ilk respublikaçı prezidenti (say etibarilə 16-cı) seçilib

1893. Rus bəstəkar Çaykovski vəfat edib

1917. Finlandiya müstəqilliyini elan edib

1917. Petroqradda Oktyabr hərbi çevrilişi baş verib (6-dan 7-nə keçən gecə, köhnə təqvimlə oktyabrın 24-dən 25-nə keçən gecə). Sovet tarixi bu hadisəni “Böyük Oktyabr Sosialist İnqilabı” adlandırıb

1918. İngilis və fransız qoşunları Çanaqqala boğazına girib

1923. DQMV I sovetlər qurultayı başlayıb

1926. Efirdə ilk dəfə “Danışır Bakı” ifadəsi səslənib. Azərbaycanda radio yayımları başlayıb

1941. Azərbaycanlı döyüşçü İ.Dadaşov Estoniyanın Rakvere şəhərində 1 gün ərzində 16 alman təyyarəsini aerodromda yandırıb

1943. Azərbaycanlı komandir Xıdır Mustafayevin dəstəsi Ukraynanın Fastov şəhərini (Kiyev ətrafı) qəfil hücumla azad edib. Bu rəşadətinə görə ona 10 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib

1944. ABŞ-da plutonium radioaktiv metalı sintez edilib

1967. Bakı metropoliteninin ilk 5 stansiyası – “Bakı Soveti”, “26 Bakı komissarı”, “28 aprel”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istismara verilib. Bu, Şərqdə ilk metro sistemi idi

1974. Aktrisa Fatimə İbrahimbəyova anadan olub

1974. Şair İslam Səfərli vəfat edib

1983. Türkiyədə hərbi çevrilişdən sonra (1980) ilk dəfə parlament seçkiləri keçirilib

1991. Küveytdə İraq ordusunun yandırdığı son neft mədəni söndürülüb. İndi bu tarix Küveytdə milli bayram kimi qeyd olunur

1996. Azərbaycan Respublikası Bəhreyn ilə diplomatik əlaqələr qurub

2005. 25 illik fasilədən sonra Tehran-Bağdad hava xətti açılıb.

2007. Amerikalı alim Feliks Sertsvadze ermənilərin Xocalı faciəsi qurbanlarının fotolarının 1915-ci il hadisələrinə “sübut” kimi təqdim etdiyini isbatlayıb

2009. Yazıçı Qılman İlkin vəfat edib


Günün aforizmi

“Gəlin gəzək, bu da yaxşı güzərdir,
Mələşsə də kərə qoyun, ağ quzu,
Məncə bundan daha xoşdur, gözəldir,
Naxçıvanın duzu, qızı, qarpızı”.

İslam Səfərli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar