Azərbaycanda orta məktəbdən meyit tapıldı
05 noyabr 2012 12:44 (UTC +04:00)

Azərbaycanda orta məktəbdən meyit tapıldı

Noyabrın 3-də Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhəri ərazisindəki 1 №-li orta məktəbin həyətində, ağacdan asılmış kişi meyiti tapılıb.

İlkin müayinədən sonra meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Mərhumun 40-45 yaşlarında olduğu bildirilir. Hazırda intihar etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6951

Oxşar yazılar