“Azadlıq” qəzetinin redaksiya su içində qaldı
14 oktyabr 2012 23:54 (UTC +04:00)

“Azadlıq” qəzetinin redaksiya su içində qaldı

Oktyabrın 14-də yağan yağış Azadlıq qəzetinin redaksiyasına ciddi ziyan vurub.

azadlıq. az saytının məlumatına görə, redaksiyanın dam örtüyü köhnə olduğu üçün yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub. texniki avadanlıq su içində qalıb.

Qəzetin rəhbərliyi bildirib ki, onlar redaksiyanın yerləşdiyi Azərbaycan Nəşriyyatının dam örtüyünün dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də, hələlik təmir başlamayıb.

Bu gün yağan yağışın isə kompüterlərlə bərabər bütün texniki sistemləri sıradan çıxardığı, qəzetin əmlakına ciddi maddi ziyan dəydiyi bildirilir
# 1056

Oxşar yazılar