Dünya bu gün
14 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1092. Böyük siyasətçi Nizamülmülk anadan olub

1743. Şirvanda üsyan başlayıb. Üsyançılar Ağsunu ələ keçirib

1890. Amerika prezidenti Duayt Eyzenhauer anadan olub

1924. Tacikistan SSR təsis edilib

1933. Şair Məmməd Araz anadan olub

1938. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh (qızlıq soyadı Diba) anadan olub

1964. Marin Lüter Kinq Nobel mükafatı alıb

1964. L.İ.Brejnev Sovet İttifaqının rəhbəri seçilib

1974. Xalq rəssamı Səttar Bəhlulzadə vəfat edib

1994. Milli Məclis sabiq baş nazir Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinə razılıq verib

1981. Hüsnü Mübarək Misir prezidenti seçilib

1993. BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul edib. Digər 3 sənəd kimi bu qətnamə də kağız üzərində qalıb

1994. Yasir Ərəfat, Şimon Peres və İshak Rabin Nobel sülh mükafatı aldılar

2004. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə İşçi Qrupunun ikinci iclası Cenevrədə keçirilib

2004. Respublika stadionun girişində dünyada ilk dəfə mərhum hakimə - Tofiq Bəhramova abidə qoyulub

2006. Dağlıq Qarabağın Azərbaycan icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib

2009. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin Bakıdakı səfirliyi qarşısında nümayiş keçirib, nümayişdə Gül və Ərdoğanın müqəvvaları yandırılıb

2009. FİFA Türkiyə-Ermənistan matçına Azərbaycan bayrağı gətirilməsini qadağan edib. Bundan sonra Azərbaycan və Türkiyə arasında “bayraq qalmaqalı” başlayıb.

2011. Bakıda XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroentologiya konfransı başlayıb.

Günün aforizmi:

“Hərbi biliyi çox zəifdir. Bir çox məsələni siyasi işçi yox, təsərrüfatçı kimi həll edir”
Brejnev haqqında xasiyyətnamə, 1942-ci il
# 817

Oxşar yazılar