Bakıda marşrutda dəhşət: sürücü sükan arxasında öldü
12 oktyabr 2012 11:12 (UTC +04:00)

Bakıda marşrutda dəhşət: sürücü sükan arxasında öldü

Oktyabrın 11-də axşam saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə prospektində, Əhmədli qəsəbəsinə doğru hərəkət edən “Daewoo” markalı, 10TF 823 nömrə nişanlı sərnişin avtobusunun sürücüsü, 1956-cı il təvəllüdlü Vahidov Məlik Mamed oğlunun halı qəfil pisləşib və o, sükan arxasında keçinib. Bunu görən sərnişinlərdən biri dərhal avtobusun sükanı arxasına keçib və nəqliyyat vasitəsini saxlayıb. Bununla da baş verə biləcək faciənin qarşısı alınıb.

56 yaşlı sürücü M.Vahidovun hansı səbəbdən ölməsi hələlik məlum deyil. Araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6128

Oxşar yazılar