Bakıda mühafizə şirkətinin şöbə rəisi saxlanılıb
12 oktyabr 2012 10:49 (UTC +04:00)

Bakıda mühafizə şirkətinin şöbə rəisi saxlanılıb

Oktyabrın 11-də “Riyad” mühafizə şirkətinin şöbə rəisi Qaradağ rayon Polis İdarəsi, 10-cu Polis Bölməsinə gətirilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Bakı-Qazax yolunda şirkətin şöbə rəisi Sadıqov Sərxan Tərlan oğlunun idarə etdiyi “Wolksfagen Tuareg” markalı avtomobili saxlayıb. Bu zaman yol polislərinin diqqətini maşının arxa oturacağındakı tapança cəlb edib. Xidməti silahın müvafiq sənədləri olub. Lakin S.Sadıov xidmətdə olmadığından və silahın xidmətdən kənara çıxarılmasına icazə verilmədiyindən o, polis şöbəsinə aparılıb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2345

Oxşar yazılar