Fərman Kərimzadənin oğluna 10 il iş istənildi
11 oktyabr 2012 16:49 (UTC +04:00)

Fərman Kərimzadənin oğluna 10 il iş istənildi

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Ə. Kərimzadənin 10 il, A. Qurbanovun isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra isə təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, avqustun 13-də Bakı şəhər, Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə dələduzluq faktı ilə əlaqədar şikayət daxil olub. Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu bölməyə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. E. Muradov bildirib ki, Ə.Kərimzadə onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcək.

Ə. Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkilidir. O, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2921

Oxşar yazılar