Dünya bu gün
12 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1492. Xristofor Kolumb Amerikanı kəşf edib

1715. Rusiyada ilk elmlər akademiyası təsis edilib

1813. Gülüstan müqaviləsi imzalanıb. Azərbaycanda rus işğalının birinci mərhələsi başa çatıb

1929. Beynəlxalq aviasiya daşımalarını tənzimləyən Varşava sazişi imzalanıb

1935. İtalyan tenor Pavarotti anadan olub

1937. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi (1921) Eyyub Xanbudaqov ölüm cəzasına məhkum edilib

1937. Şair Əhməd Cavad (Cavad Məmmədəli oğlu Axundzadə) güllələnib

1938. Dilçi alim Bəkir Çobanzadəyə ölüm hökmü kəsilib. Məhkəmə cəmi 15 dəqiqə davam edib

1955. Sevil Əliyeva anadan olub

1956. “TU-104” təyyarəsi ilə ilk reys həyata keçirildi

1960. Sovet lideri Nikita Xruşov çıxışı zamanı ayaqqabı ilə BMT tribunasını döyəcləyib. Nəvəsi həmin ayaqqabını 2007-ci ildə hərracda 30 000 dollara ABŞ vətəndaşına satıb

1968. Ekvatorial Qvineya müstəqillik əldə edib

1986. İran Kərkükdəki İraq neft terminalını tamamilə məhv etdiyini bəyan edib

1992. Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə imzalanıb

1990. “Polaroid” “Kodak”a qarşı məhkəmə iddiasını qazanıb, ikinci 900 milyon təzminat ödəməyə məcbur olub

1999. Planetimizin altı milyardıncı sakini Sarayevoda dünyaya gəlib

2003. Qazaxıstan parlamenti Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Qazaxıstan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli sazişi ratifikasiya edib

2003. Şumaxer altıncı dəfə dünya çempionu titulu əldə edib

2007. “AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu Xəzər 4 platformasından 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub

2009. Azərbaycan prezidenti İlham Əliyev İordaniyaya rəsmi səfərə gedib

2011. Avstriya prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfərə gəlib.

Günün aforizmi

“İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün”.

Bəxtiyar Vahabzadə, “Gülüstan” poeması
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar