“İnter”in futbolçuları xuliqanlıqla üzləşiblər
11 oktyabr 2012 15:18 (UTC +04:00)

“İnter”in futbolçuları xuliqanlıqla üzləşiblər

Bu gün Bakının “İnter” futbol klubunun iki gürcü futbolçusunun bıçaqlanması ilə bağlı məlumat yayılıb. Lent.az-ın məlumatına görə, məlumatlarda klubun hücumçusu Georgi Adamiya və qapıçısı Giorgi Lomayanı Nəsimi rayonu ərazisində bıçaqlandığı qeyd olunur.

“İnter” klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov isə Lent.az-a açıqlamasında hadisənin başqa cür olduğunu deyib. O bildirib ki, 2 həftə əvvəl bu futbolçular Nəsimi rayonu ərazisində xuliqanlıq əməli ilə üzləşiblər: “2 həftə əvvəl bir insident olmuşdu. Həmin vaxt futbolçularımız onlara qarşı xuliqanlıq etmək istəyən şəxslərlə mübahisə zamanı yüngül xəsarət almışdılar. Adamiya və Lomayanın bıçaqlanması xəbəri isə yalandır. Dünən keçən mövsüm Azərbaycanın ən yaxşı futbolçularının mükafatlandırılması mərasimində hər iki futbolçumuz da iştirak edib. Hamı onları görüb. Bıçaqlanma xəbəri tamamilə yanlışdır”.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar