Bakıda elektrik enerjisinin verilişi bərpa edilib
28 sentyabr 2012 10:14 (UTC +04:00)

Bakıda elektrik enerjisinin verilişi bərpa edilib

Sentyabrın 28-i saat 6.50-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının elektrik paylayıcı stansiyasına ildırım düşməsi nəticəsində partlayış baş verib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, partlayışdan sonra 3-cü yarımstansiyada 330 kVt-lıq transformatorda güclü yanğın baş verib.

Hadisə yerinə 7 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub, yanğın söndürülüb.

“Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən APA-ya verilən məlumata görə, artıq 500 kVt-lıq yüksək gərginlikli “2-ci Abşeron” hava xətti gərginliyə qoşulub, bununla, paytaxta elektrik enerjisinin verilməsi bərpa edilib. Hadisə nəticəsində yüksək gərginlikli “1-ci Abşeron” xətti isə qəzalı vəziyyətə düşüb. Briqadalar qəzanın aradan qaldırılması üçün ərazilərə çıxıb.

220 kVt-lıq yüksək gərginlikli “Mingəçevir-1” və “Mingəçevir-2” xətlərində də qəza baş verdiyindən bir neçə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Mingəçevir şəhərinə isə enerji Mingəçevir Su Elektrik Stansiyasından verilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar