Enerji qəzası Bakıda nəhəng tıxaclar yaratdı
Bakıya verilən elektrik enerjisinin kəsilməsi səbəbindən paytaxtın bütün yollarında böyük avtomobil tıxacları yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlərə yaradıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.
Artıq əksər işıqforların fəaliyyəti bərpa edilib. Paytaxtda avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar yazılar

Göyçayda 50 yaşlı kişi ağacdan yıxılaraq öldü
12 may 2025 , 09:34
DTX xaricdə gizlənən xeyli sayda terrorçunu həbs etdi
12 may 2025 , 09:19
Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36