Bakıda mal-qara oğruları tutuldu
13 sentyabr 2012 10:49 (UTC +04:00)

Bakıda mal-qara oğruları tutuldu

Bakı şəhərində bir neçə gün əvvəl tövlədən mal-qara oğurlayanlar yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 2-nə keçən gecə R.Axundov küçəsində yaşayan İsrayıl Cəbrayılovun həyətindəki tövlədən 3 baş xırda buynuzlu heyvan oğurlanıb. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elbrus İsgəndərov, əvvəllər məhkum olunan Rəfail Məlikov və Naməddin İmanov sentyabrın 12-də yaxalanıblar. Müəyyən olunub ki, onlar iyul ayında da İ.Cəbrayılovun həyətindəki tövlədən bir baş xırda buynuzlu heyvan oğurlayıblar.

Faktla bağlı araşdırma davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar