![Nigar Yaqublu Aydın Acalovun ona avtomobil sürməyi öyrətdiyini deyib](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Nigar Yaqublu Aydın Acalovun ona avtomobil sürməyi öyrətdiyini deyib
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, bəzi kütləvi informasiya vasitələrində Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun günahsız olması və guya siyasi sifariş əsasında həbs edilməsinə dair atasının və hüquq müdafiəçilərinin iddiaları həqiqətə uyğun deyil. Həmin fikirlər qeyri-obyektiv, qərəzli və ictimai rəyin bilərəkdən çaşdırılmasına yönəlib: “Nigar Yaqublu törətdiyi konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. Belə ki, avqustun 25-də Bakı şəhər sakini Aydın Acalovun ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi zamanı "Peugeot-206" markalı minik avtomobilinin sükanı arxasında sürücülük hüququ olmayan Nigar Yaqublu olub. Hadisənin təfərrüatları və istintaqının gedişi barədə dünən, sentyabrın 11-də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı yayılıb. Məsələ ilə əlaqədar bir daha xatırlatmaq istəyirəm ki, Nigar Yaqublu dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə dəvət edilsə də, istintaqın normal gedişinə mane olmaq məqsədi ilə müxtəlif bəhanələrlə üzrsüz səbəbdən istintaqdan yayınıb. Hadisə baş verdiyi ilk günlərdə Nigar Yaqublunun "Peugeot-206" markalı minik avtomobilini idarə etməsi inkar edilsə də, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və həmçinin toplanmış digər sübutlarla həmin avtomobili Nigar Yaqublunun idarə etdiyi və ölümlə nəticələnən qəzanın məhz onun təqsiri üzündən baş verdiyi müəyyənləşdirilib. Nigar Yaqublu həmçinin Abşeron rayon Məhkəməsində nəqliyyat vasitəsini özünün idarə etdiyini səmimi etiraf etməklə yanaşı, sürücülük vəsiqəsinin olmamasını və Aydın Acalovun ona avtomobil sürməyi öyrətdiyini bildirib. Ona görə də Nigar Yaqublunun guya sifariş əsasında və zərurət olmadan həbs edilməsi barədə yayılan fikirlərin heç bir hüquqi əsası yoxdur”.
Oxşar yazılar
![Dərbənddə kilsəyə və sinaqoqa hücum - Ölənlər var -YENİLƏNİB 2](https://lent.az/storage/news/2024/june/23/big/667849a96a0db667849a96a0dc1719159209667849a96a0d5667849a96a0d8.jpg)
Dərbənddə kilsəyə və sinaqoqa hücum - Ölənlər var -YENİLƏNİB 2
23 iyun 2024 , 21:30![Bakıda lift qırıldı: 5 nəfər xəsarət aldı](https://lent.az/storage/news/2024/june/23/big/66783eadd90d466783eadd90d5171915639766783eadd90ce66783eadd90d1.webp)
Bakıda lift qırıldı: 5 nəfər xəsarət aldı
23 iyun 2024 , 19:25![Ağdamda avtomobil velosipedçini vurdu- 15 yaşlı uşağın durumu ağırdır](https://lent.az/storage/news/2024/june/23/big/667839e2cc447667839e2cc4491719155170667839e2cc43f667839e2cc443.jpg)
Ağdamda avtomobil velosipedçini vurdu- 15 yaşlı uşağın durumu ağırdır
23 iyun 2024 , 19:04![Novxanı çimərliyində 23 yaşlı gənc batdı](https://lent.az/storage/news/2024/june/23/big/667837a521194667837a5211971719154597cb5e90cc48db559aa9bb29d311c04a43.jpg)
Novxanı çimərliyində 23 yaşlı gənc batdı
23 iyun 2024 , 18:55![Sabirabadda ağır qəza](https://lent.az/storage/news/2024/june/23/big/667837277b6ea667837277b6ef171915447177f6fbc8c0c5d14903a795ef189f13ec.jpg)
Sabirabadda ağır qəza
23 iyun 2024 , 18:53![Binanın damında ayağı sınan belə xilas edildi-VİDEO](https://lent.az/storage/news/2024/june/23/big/6677ff3f01f626677ff3f01f6417191401596677ff3f01f5c6677ff3f01f5f.jpg)
Binanın damında ayağı sınan belə xilas edildi-VİDEO
23 iyun 2024 , 14:52![Şadlıq sarayında kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı-FOTO](https://lent.az/storage/news/2024/june/23/big/667803e6e3dfc667803e6e3dfd1719141350667803e6e3df4667803e6e3df8.jpg)
Şadlıq sarayında kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı-FOTO
23 iyun 2024 , 13:44![Avtomat satmaq istəyən saxlanıldı](https://lent.az/storage/news/2024/june/23/big/6677d4733528f6677d4733529017191292026677d4733528a6677d4733528d.jpg)