Azərbaycan İrana humanitar yardım göndərdi
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb.
APA-nın xəbərinə görə, 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb.
Mülkü Müdafiə Qoşunları Komandanının müavini, polkovnik Aslan Hüseynov deyib ki, yardım karvanında müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti yola salınıb.
A. Hüseynovun sözlərinə görə, yardım karvanının sabah səhər saatlarında İranın zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən olan Əhərə çatdırılması planlaşdırılır.
***
Azərbaycan İranın zəlzələdən zərər çəkmiş bölgəsinə humanitar yardım göndərir.
APA-nın xəbərinə görə, yardımı Azərbaycan Fövqəladə Hallar Nazirliyi yola salır.
Məlumata görə, yardım bu gecə zəlzələ bölgəsinə yola salınacaq.
Qeyd edək ki, dünən İranın Şərqi Azərbaycan əyalətində güclü zəlzələ baş verib. Rəsmi məlumatlarda zəlzələ nəticəsində 300 nəfərin öldüyü, 5 min nəfərin yaralandığı, yüzlərlə kəndin dağıldığı bildirilib.

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47