Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə şəhərin Nəsimi rayonunda “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.