Yataq çarşaflarını   uzun müddət  təravətli   saxlamağın yolu
18 yanvar 2024 19:01 (UTC +04:00)

Yataq çarşaflarını uzun müddət təravətli saxlamağın yolu

Təzə çarşaflarla yatmaq hər kəsə xoş gəlir. Bunu etmək üçün daim yeni bir çarşaf dəsti dəyişməyə ehtiyac yoxdur. Bunun sadə iki yol var. 

Lent.az xəbər verir ki, yataq çarşafların təravətini uzatmağın ən asan yolu səhərlər yatağınızı yığmağa vaxt ayırmaqdır.

Pəncərəni açmaq və yorğan, çarşaf, yastıqları havalandırmaq lazımdır. Şaxtalı soyuq havalarda bu yol daha da qüsursuz işləyir. Belə ki, şaxtalı hava xoşagəlməz qoxunun yaranmasına imkan vermir.

Yataq çarşaflarını havalandırmaq üçün onları çölə asın. Bu vaxt şəhər sakinlərinin eyvandan istifadə etməkdən başqa çarəsi yoxdur. Bu zaman soyuq havadan sonra onlar həmişə təzə və təravətli görünəcək. Yayda isə günəş şüaları dezinfeksiyaedici rol oynayır. 

Soda gündəlik həyatda, məsələn, mətbəx qablarını, santexnika qurğularını, xalçaları təmizləmək və camaşırxana üçün istifadə edilir.

Yataq otağında döşəyinizi təmizləməli və ya yataq dəstinizi təzələmək lazım olanda soda sizin köməyinizə çatacaq.

Əgər xoşagəlməz bir qoxu varsa, çarşaflarınıza və ya yastıqlarınıza soda səpin. Bir saat ərzində o qoxunu yox edəcək, bundan sonra yalnız yatağı tozsoranla təmizləmək lazımdır.
 

# 8148
avatar

Sevinc Fərid

Oxşar yazılar