Uşaq otağında gecə işığı  lazımdır? – CAVAB
01 mart 2024 11:36 (UTC +04:00)

Uşaq otağında gecə işığı lazımdır? – CAVAB

Uşaq otağı oyunlar, istirahət və dinc yuxu üçün əsas yerdir.  Ancaq bir çox uşaqlar qaranlıqdan qorxurlar, buna görə də gecələr otaqları onlar üçün gündüzlər qədər təhlükəsiz görünmür. 

Lent.az xəbər verir ki, bu problem sadə bir gecə işığı ilə həll edilə bilər. 

Uşaq otağında niyə gecə işığı olmalıdır?

Uşaq otağında gecə işığı olmasının üstünlüklərini təqdim edirik: 

Birincisi, valideynlərin körpələrini izləməsini asanlaşdırır, xüsusən də gecə qidalanmasına ehtiyacı olan bir körpəniz varsa. Qaranlıqda bu mümkün deyil, lakin parlaq işıq uşağı oyada bilər. Gecə işığının yumşaq işığı hər iki problemi həll etməyə kömək edir.

İkincisi, uşaq gecə işığının yumşaq işığına alışır. Gecə işığının maraqlı dizaynı varsa (məsələn, dovşan şəklində), uşaq yumşaq parlayan fiquru seyr edəcək və yatmazdan əvvəl sakitləşəcək. 

Üçüncüsü, qaranlıqdan qorxmağa başlayan böyük uşaqlar üçün gecə işığı qorxularının öhdəsindən gəlməyə kömək edir.
 

# 4455
avatar

Sevinc Fərid

Oxşar yazılar