Hamamın həmişə təmiz, baxımlı və gigiyenik görünməsi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Hamam təmizliyi gigiyenik səbəblərə görə mütəmadi olaraq aparılmalıdır. Ancaq təmizlik zamanı bəzi yerləri və nöqtələri gözdən qaçıra bilərik.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, duş başlıqları mikrobların toplandığı ən çox yerlərdən biridir. Təmizlənərkən nəzərə alınmayan duş başlıqları ciddi mikrob riski yarada bilər.
Duş başlığını təmizləməyə göz yuma və ya etinasızlıq göstərə bilərsiniz. Legionella adlı bakteriyalar duş başlıqlarında əmələ gəlir və yayılır. Bu sürətlə çoxalan bakteriyaların qarşısını almaq üçün duş başlıqları təmizlənməlidir.
Sağlamlığı təhdid edən bu xəstəliyin qarşısını almaq üçün duş başlığı və hamam təmizliyinə diqqət yetirilməlidir.