Gündəlik həyatda şərabdan belə istifadə edin – Təəccüblənəcəksiniz
28 avqust 2024 16:07 (UTC +04:00)

Gündəlik həyatda şərabdan belə istifadə edin – Təəccüblənəcəksiniz

Bəzən qonaqlıqlar bitdikdən sonra az miqdarda şərab qalır. Daha sonra da onu heç kəs içmir. 

Lent.az xəbər verir ki, bu zaman şərabı atmaq lazım deyil. Çünki ondan daha yaxşı məqsədlər üçün istifadə etmək olar. 

Vanna qəbul etmək

Qalan şərabı köpük, efir yağları, duz və digər maddələrlə birlikdə vannaya tökün. Daha sonra rahatlıqla vanna qəbul edə bilərsiniz. Çünki şərabın tərkibində cavanlaşdırıcı təsir göstərən antioksidanlar var.

Ağ şərabı təmizləyici kimi istifadə edin 

Səs-küylü qonaqlıqdan sonra işə yarım qalan ağ şərabdan təmizləyici kimi istifadə edə bilərsiniz. Qırmızı şərabləkələrini aparmaq üçün ən ideal təmizləyici növü məhz ağ çaxırdır.

Əhəng və sabun çöküntülərinə qarşı

Ağ şəraba bir az su əlavə edərək sprey şüşəsinə tökün. Bundan sonra sabun və ya əhənglə örtülmüş səthlərə həmin məhlulu çiləyin. Təxminən iyirmi dəqiqə gözləmək lazımdır.

Bundan sonra yalnız səthi təmizləmək və yumaq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Sevinc Fərid

Oxşar yazılar