Ətçəkən maşını  qətiyyən qabyuyanda yumaq olmaz – SƏBƏB
15 mart 2024 17:06 (UTC +04:00)

Ətçəkən maşını qətiyyən qabyuyanda yumaq olmaz – SƏBƏB

Ətçəkən maşın mətbəxdə əvəzolunmaz köməkçidir. Bu mətbəx alətinə qulluq etmək xüsusi diqqət tələb edir. 

Lent.az xəbər verir ki, bir çox evdar qadınları ətçəkən maşınını hissələrə ayıraraq qabyuyanda yuyur. Ancaq bu qəti şəkildə məsləhət görülmür.  

Ətçəkən maşının gövdəsi, vinti və sapı adətən müxtəlif alüminium ərintilərindən hazırlanır. Bu metal oksidlərin yüngül bir təbəqəsi ilə örtüldüyü müddətcə çox aktiv və təhlükəsiz sayılır. 

Bu metal yüksək temperaturlara davamlı olsa da, qabyuyan maşınlarda istifadə olunan qələvi yuyucu vasitələrlə reaksiya verərək məhv olur. 

Nəticədə ətçəkənin hissələri qaralır. Daha pis tərəfi isə bədəndə alüminium birləşmələr yığılır. Bu da nəticədə sağlamlıq problemləri yaradır. 

Əgər söhbət ətçəkən üçün bıçaq istehsalında istifadə olunan çuqun və dəmirdən gedirsə, onlar uzun müddət rütubətə dözmürlər. Buna görə də qabyuyan maşında yuyulduqdan sonra tez-tez pasla örtülürlər.
 

# 2226
avatar

Sevinc Fərid

Oxşar yazılar