Yaxşı paltaryuyan maşın kifayət qədər bahalıdır. Ona görə də heç kim avadanlığın vaxtından əvvəl xarab olmasını istəməz. Bununla belə, bəzən özümüz bu səhvin səbəbkarı oluruq.
Lent.az paltaryuyan maşının xarab olmasına səbəb ola biləcək 2 səhvi təqdim edir:
Paltarların cib yoxlanışı
Valideynlər xüsusilə diqqətli olmalıdırlar. Uşaqların ciblərində həmişə çoxlu “sürprizlər” olur. Ona görə də mütləq geyimləri paltaryuyana atmamış cibləri yoxlanılmalıdır. Əks halda, diqqətsizliyiniz ucbatından avadanlığı xarab edə bilərsiniz.
Yüklənmə
Adi şeylərdən danışırıqsa, onda onlar paltaryuyan maşının tamburunun ümumi həcminin 50% -dən çoxunu tutmamalıdır. Əgər yun məhsulları nəzərdə tuturuqsa, yük daha da az olmalıdır. Belə ki, bu materiallı geyimlərin həcmi 30%-i keçməməlidir. Təbii kətan və digər yüngül materiallardan hazırlanmış məhsullar səliqəyə salınaraq maşına atılırsa, onda tam yük təşkil edə bilərsiniz. Ancaq geyimləri daha çox sığışdırmaq üçün onları əzməyin. Çünki bu da maşına zərər verə bilər.