Baytar pişiklər üçün yolka bəzəyinin təhlükələrini xatırlatdı
02 yanvar 2024 02:43 (UTC +04:00)

Baytar pişiklər üçün yolka bəzəyinin təhlükələrini xatırlatdı

Yolka bəzəyi ev heyvanları üçün təhlükə yaradır.

Lent.az xəbər verir ki, bunu Gazeta.Ru ilə söhbətində baytar Konstantin Eremeyev xatırladıb.

Həkim bildirib ki, oynayarkən pişiklər təsadüfən bəzək əşyalarının bir hissəsini uda bilər, bu da bağırsağın tıxanmasına səbəb ola bilər. Bundan əlavə, uzun lentlər mədə-bağırsaq traktından keçərkən heyvanın orqanlarının daxili divarlarını zədələyə bilər.
 

# 4128
avatar

Oxşar yazılar