Zelenskinin mühafizəçisi Rusiya qoşunları Kiyevə girərsə, təslim olmağı   təklif edib - İDDİA
27 may 2024 18:40 (UTC +04:00)

Zelenskinin mühafizəçisi Rusiya qoşunları Kiyevə girərsə, təslim olmağı təklif edib - İDDİA

Bu yaxınlarda məlum olub ki, Vladimir Zelenskiyə sui-qəsddə şübhəli bilinən Ukrayna prezidentinin mühafizəsinin polkovniki müharribənin ilk günlərində gözlənilməz təşəbbüslə çıxış edib.

O, Rusiya qoşunlarının Kiyevə girəcəyi təqdirdə silahı yerə qoymağı və təslim olmağı təklif edib.

Lent.az bildirir ki, bu barədə Britaniyanın  “The Times” nəşqu məlumat yayıb. 

Nəşr yazır ki, polkovnik guya dövlət başçısının təhlükəsizliyinin Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olmadığını və onun Ukraynanı müdafiə etmək kimi birbaşa vəzifəsinin olmadığını bəyan edib.

“Burada Brest qalasını tikmək üçün mənə kifayət qədər pul vermirlər”, - jurnalistlərin versiyasına görə zabit bildirib.

“The Times”ın məlumatına görə, Rusiya ordusunun irəlilədiyi ilk günlərdə (2022-ci ildə) polkovnik həmkarlarını toplayaraq onlardan təslim olmalarını istəyib.

Ancaq çoxları bunun sadəcə təşəbbüs müəllifinin o vaxt başlayan müharibəyə emosional reaksiyası olduğuna inanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Oxşar yazılar