Zavodda yanğın: ölənlərin sayı 50-yə  çatdı -YENİLƏNİB
05 iyun 2022 20:55 (UTC +04:00)

Zavodda yanğın: ölənlərin sayı 50-yə çatdı -YENİLƏNİB

Başqladeşin Çittaqonq şəhərində baş verən yanğında ölənlərin sayı 50 nəfərə çatıb.

Lent.az “France-24”ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 300 nədər xəsarət alıb. Onlarla yaralının vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna olunmur. Xilasedicilər həlak olmuş şəxslərin meyitlərinin çıxarılmasının başa çatmadığını bildiriblər. 

***

04.19

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 5 nəfər ölüb, daha 100 nəfər yaralanıb.

20-yə yaxın zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.

Zavodda 600-dək işçi çalışırdı

Yaralıların müalicəsinə şəhərdəki hərbi xəstəxana da dəstək verir.

Hadisənin başvermə səbəbi açıqlanmır.

# 4095
avatar

Oxşar yazılar