Yanukoviç Davosa getmir
17 yanvar 2014 02:50 (UTC +04:00)

Yanukoviç Davosa getmir

Ukrayna prezidenti Viktor Yanukoviç yanvarın 22-25-də İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Formunda iştirak etməyəcək.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, prezidentin mətbuat xidməti bildirib ki, həmin günlərdə prezident gecikmə ilə təsdiqlənmiş 2014-cü ilin dövlət büdcəsi ilə bağlı bölgələrin başçıları ilə görüş keçirəcək.

 

Mənbə forumda Ukraynanı ölkənin baş naziri Nikolay Azarov, onun birinci müavini Sergey Arbuzov və xarici işlər naziri Leonid Kojar təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar