Ukrayna prezidenti Viktor Yanukoviç administrasiyasının rəhbəri Sergey Levoçkini vəzifəsindən azad edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda prezidentin mətbuat xidməti bildirib.
Viktor Yanukoviçin başqa fərmanı ilə Sergey Levoçkin ölkə başçısının müşaviri vəzifəsinə təyin edilib.
Onun əvvəlki vəzifədən azad edilməsi səbəbi açıqlanmayıb.
Levoçkin 2010-cu ildən prezident administrasiyasına başçılıq edib. 2013-cü ilin noyabrında Ukrayna KİV onun istefa verdiyi haqda xəbər yaysa da, onda bu təsdiqlənməmişdi.