Volqoqradda terror törədənin atası Lent.az-a danışdı: “...inanmıram” - EKSKLÜZİV
30 dekabr 2013 14:58 (UTC +04:00)

Volqoqradda terror törədənin atası Lent.az-a danışdı: “...inanmıram” - EKSKLÜZİV

“Bu suallara cavab verməkdən yorulmuşam. Hələ bilmək olmaz. Onun DNK analizinin nəticəsi açıqlanmayana qədər terrorçunun məhz Paşa olduğuna inanmıram”. Bunu Lent.az-a açıqlamasında bu gün Volqoqradda trolleybusu partlatmaqda ittiham olunan Pavel Peçenkinin atası Nikolay Peçenkin bildirib.

 

Nikolay Peçenkinin dediyinə görə, artıq ondan qan analizi götürülüb.

 

Lent.az-ın “Oğlunuz nə vaxt evdən çıxıb yaraqlılara qoşulub?” sualına Nikolay Peçenkin qısa cavab verib: “Təxminən il yarım əvvəl evdən çıxıb. Sonra öyrəndik ki, Dağıstandadır. Bundan əlavə heç nə deməyəcəm”.

 

Xatırladaq ki, bu gün 14 nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən şəxsin Rusiyanın Voljsk şəhər sakin Pavel Peçenkin olduğu müəyyənləşib.
 Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

 Pavel Peçenkinin bədəninin hissələri toplanaraq ekspertizaya göndərilib.

 

Onu da qeyd edək ki, Peçenkin yaraqlılara qoşulandan sonra Ansar-əl Rusi adı ilə tanınırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6252

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15