Səudiyyə krallığından «müsəlman qardaşları»na zərbə
08 mart 2014 04:47 (UTC +04:00)

Səudiyyə krallığından «müsəlman qardaşları»na zərbə

Səudiyyə Ərəbistanı «Müsəlman qardaşları» hərəkatını  terrorçu təşkilat elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, krallığın Daxili İşlər Nazirliyinin bəyanatında daha iki cihadçı qrup - «Nursi Cəhbəsi» və «İraq və Levante İslam Dövləti» təşkilatları da terrorçu elan olunub.

 

Mənbə qeyd edib ki, bu qruplar Suriyada Bəşar Əsəd rejiminə qarşı silahlı mübarizə aparır.

 

Xatırladaq ki, ötən ilin dekabrında «müsəlman qardaşları»-nı  Misir də terrorçu təşkilat adlandırıb.

 

 

Səudiyyə Ərəbistanında artıq bu hərəkatın fəaliyyəti yasaqlanıb. Bu həftə Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn Qətərdən öz səfirlərini geri çağırmışdı. Onlar bu əmirliyi «Müsəlman qardaşları»nı dəstəkləməkdə suçlayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar