Marneulidə "Cənubi Qafqazda təhlükəsizlik məsələləri" mövzusunda görüş
28 sentyabr 2013 06:27 (UTC +04:00)

Marneulidə "Cənubi Qafqazda təhlükəsizlik məsələləri" mövzusunda görüş

Sentyabrın 27-də Marneulinin Təkəli kəndində “Cənubi Qafqazda təhlükəsizlik məsələləri” mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Təkəli Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan və Ermənistandan gələn partiya sədrləri, Avropa Monitorinq missiyasının Gürcüstana səfər edən nümayəndə heyətinin üzvü, QHT rəhbərləri, Tiflisdən, Cənubi Osetiyadan, Qazaxdan, Tovuzdan və Ermənistanın Gürcüstanla qonşu olan rayonlarından gələn QHT nümayəndələri, məktəb direktorları, yerli və əcnəbi jurnalistlər, habelə Təkəli kənd sakinləri iştirak edib.

 

Tədbirdə Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev çıxış edib. O, görüş iştirakçılarına rəhbərlik etdiyi partiya ilə bağlı məlumat verib, habelə Cənubi Qafqazda təhlükəsizlik məsələlərindən danışıb.

 

Sonra tədbirdə Amerikadan gələn və Ermənistanda prezidentliyinə namizəd olmuş, “Milli Özünütəyinetmə Birliyi” partiyasının lideri Paruyr Ayrikyanın vəkili Vrez Zatikyan çıxış edib. Sovet vaxtında baş verən bütün hadisələrin DTK tərəfindən törədildiyini deyən V.Zatikyan Sumqayıt hadisələrini də bu qurumun təşkil etdiyini vurğulayıb.

 

Parur Ayrikyan isə çıxışı zamanı Ermənistanda onu başa düşməyən qüvvələrin olduğunu deyib. O bildirib ki, üç gün əvvəl erməni mətbuatında dərc olunan yazılarda azərbaycanlı ilə şəkil çəkdirdiyinə görə ona irad tutublar. “Mətbuat məni “nə üçün ermənini söyən azərbaycanlı ilə şəkil çəkdirmisən?” deyə günahlandırıb. Bu gün mətbuat konfransı keçirməliydim. Düşündüm ki, əgər məni günahkar çıxarırlarsa, hər şeyi atıb sülhə can atan insanların yanına gedəcəm. Ona görə də bu toplantıya gəldim”.

 

Görüşdə avqustun 17-də Ermənistan xüsusi xidmət orqanları tərəfindən həbs edilən Gürcüstan vətəndaşı Allahverdi Pələngovdan da danışılıb. Təcridxanada saxlanılan A.Pələngovun vəziyyəti ilə bağlı məlumat verən Təkəli Assosiasiyasının sədri Georgi Vanyan Ermənistanın güc strukturlarının süründürməçiliyindən bəhs edib. “Əgər biz özümüzü müdafiə etməsək, heç kim bizim hüquqlarımızı qorumayacaq və “Pələngovların” sayı artacaq. Buna görə də biz Ermənistan-Gürcüstan sərhədində monitorinq qrupu yaratmalıyıq”, - deyə o vurğulayıb.

 

Sonra A. Pələngovun əmisi oğlu Süleyman Pələngov çıxış edib.

 

Tədbir zamanı azərbaycanlı və erməni gənclər arasında qısa mübahisə də düşüb. Təkəli Asosiasiyasının sədri mübahisə edənləri sakitləşdirdikdən sonra tədbir davam edib. Görüş insidentsiz başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51