Mahaçqala rayonlarından birində «1001 xırdavat» mağazasında partlayış baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Respublika Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib ki, hadisə yeri araşdırılır, ölən və yaralananlar barə xəbər yoxdur.
Xatırladaq ki, ötən həftə də mağazada partlayış olmuşdu. Onda iki nəfər ölmüş, 15 sakin isə yaralanmışdı.