Kiyev şəhərin başçısı Aleksandr Popov Ukrayna Baş Prokurorluğundan dindirilən zaman noyabrın 30-da Maydandakı dinc etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edilməsi əmrini ölkə Milli Təhlükəsizlik Xidmətinin katibi Andrey Klüyevin verdiyini deyib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Ukrainskaya pravda»-nın yazıb.
Mənbə bildirib ki, A.Popovdan sonra Kiyev şəhər milis rəisi Valeri Koryak, mili təhlükəsizlik xidməti katibinin müavii Vladimir Sivkoviç ifadə verib. Dindirilmənin ardınca onlar arasında üzləşmə aparılıb.
Dindirilmə zamanı Sivkoviç isə Klüyevin adını bir dəfə də olsun çəkməyib.
Bundan əvvəl baş prokuror Viktor Pşonka brifinqdə bildirmişdi ki, Avromaydanın dağıdılmasına görə Vladimir Sivkoviç, Kiyevin milis rəisi Valerii Koryak və şəhər başçısı Aleksandr Popovu cəzalandıracaqlar.
Bundan sonra prezident Viktor Yanukoviç onları tutduğu vəzifədən azad edib.