Türkiyədə keşişlərlə mollalar futbol oynayacaq. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Ədirnə şəhərində təşkil olunacaq matçda türk mollaları ilə Bolqarıstandan gələcək keşişlər qarşı-qarşıya gələcək.
"Darül Hədis" Məscidinin imamı Mahmud Əroğlu, futbol matçının simvolik olacağını və dünyaya sülh mesajı vermək istədiklərini deyib.
O bildirib ki, matç üçün xalça sahədə məşqlər edərək oyuna hazırlaşırlar: "Buradan dünyaya bir mesaj vermək istəyirik. Biz din adamları, dinimizi ən yaxşı şəkildə təmsil etmək məcburiyyətindəyik. İslam, sülh, sevgi və səmimiyyət dinidir. Biz Bolqarıstandakı keşişlərlə bir araya gəlib, bir cəmiyyətdə yaşamaq istəyirik. Necə ki, Peyğəmbərimiz (s) bütün dinlərin mənsubları ilə bir cəmiyyətdə və bir şəhərdə yaşayıb. Biz də digər din xadimləri ilə birlikdə yaşayırıq".

Keşişlərlə mollalar futbol oynayacaq
Oxşar yazılar

Yer “özünü yeyir”: yer qabığının nəhəng hissələri Türkiyənin altına “axır”
10 avqust 2025 , 16:24
İsrail Suriyada bir neçə yaşayış məntəqəsinə girdi
10 avqust 2025 , 01:47
Qazımız Suriyaya çatdı
9 avqust 2025 , 21:36
ABŞ-ın bu şəhərləri su altında qalacaq
9 avqust 2025 , 17:32
ABŞ-da universitetdə ATIŞMA: ölənlər var
9 avqust 2025 , 06:58
Ermənistanla Azərbaycan arasında sülh yaranır - Paşinyan
9 avqust 2025 , 02:38
Tramp-Putin görüşünün tarixi və məkanı BƏLLİ OLDU
9 avqust 2025 , 02:18