ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşəcəklər. Lent.az-ın məlumatına görə, bu barədə Nalbandyanın özü açıqlama verib.
O bildirib ki, görüş martın 11-də Rusiyanın paytaxtı Moskvada olacaq. Həmsədrlərlə 10 gün öncə Fransanın paytaxtı Parisdə də görüşdüklərini xatırladan Nalbandyan “Bu, intensiv davam edən iş prosesidir. Müvafiq və münasib şərait yetişdikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü olur” deyib.
Qeyd edək ki, həmsədrlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla martın 10-da görüşəcəklər.