Ərdoğana sui-qəsd cəhdi
27 sentyabr 2013 10:16 (UTC +04:00)

Ərdoğana sui-qəsd cəhdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın keçəcəyi yol atəşə tutulub.

Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gecə saat 3:15 radələrində  Rəcəb Tayyib Ərdoğan ANA tipli təyyarə ilə İstanbulun Sabiha Gökçen hava limanına  gəlib.

Baş nazir daha sonra avtomobil karvanı ilə limandan Kısıklıdaki ofisinə doğru hərəkətə başlayıb.  Polis Rəcəb Tayyib Ərdoğanın maşın karvanının keçəcəyi yol və körpülərin üzərində təhlükəsizlik tədbirləri görüb. Bu zaman Mustafa Kamal körpüsünə maşın karvanının keçməsini gözləyən xüsusi təyinatlı polislərlə Ataşehir rayon Polis İdarəsinin əməkdaşlarına 100 metr məsafədən, 3001 Prospektindən atəş açılıb.  Yerə yatan polislər əraziyə əlavə xüsusi təyinatlı dəstələr göndərilməsini istəyib. Əlavə kömək gəlib və Rəcəb Tayyib Ərdoğanın maşın karvanı da körpüyə çatmamış dayandırılıb. Baş nazirin maşın karvanı Mustafa Kamal körpüsünün altındakı Boğaziçi körpü yolundan keçərək Kısıklıdaki ofisə çatıb.

Polis prospektdə 7 ədəd boş giliz tapıb. Polis atəş açan şübhəli və ya şübhəliləri tapmaq üçün geniş miqyaslı əməliyyata başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51