Dağıstanı lərzəyə salan “Tabasaran Əhməd” öldürüldü YENİLƏNİB - 2
27 sentyabr 2013 12:32 (UTC +04:00)

Dağıstanı lərzəyə salan “Tabasaran Əhməd” öldürüldü YENİLƏNİB - 2

Səhər tezdən Dərbənddə yaraqlılara qarşı aparılan əməliyyat bitib. Bu barədə Lent.az-a Dərbənddəki mənbə bildirib. Mənbənin dediyinə görə, şəhərin Maskina küçəsindəki evlərin birində gizlənənə 3 yaraqlı öldürülüb. Əməliyyat zamanı qonşuluqda yaşayan yaşlı qadın da həlak olub. Öldürülənlərdən biri Dağıstanda “Tabasaran Əhməd” ləqəbi ilə tanınan şəxsdir. “Tabasaran Əhməd” Dağıstan ərazisində bir neçə qətlin və partlayışın törədilməsində şübhəli bilinirdi.

 

****

11.27

Lent.az-ın Dağıstandakı mənbəyə istinadən verdiyi məlumata görə, döyüş Dərbəndin Maskina küçəsində, “Oazis” restoranın yaxınlığında gedir. Yaraqlılar gizləndikləri evi bu yaxınlarda alıblarmış. Hazırda həmin ev intensiv atəş altındadır. Bir qədər əvvəl qonşu mənzildə yaşayan yaşlı bir qadının həlak olması xəbəri gəldi.

Döyüş gedir.

 

 

****

10.58.

Bu dəqiqələrdə Rusiyanın güc strukturları ilə Dağıstanın Dərbənd şəhərindəki evlərdən birində gizlənən yaraqlılar arasında döyüş başlayıb. Dərbənddəki mənbədən Lent.az-a bildirildiyinə görə, yaraqlıların  Dərbənddəki evlərdən birində gizləndiyini polisə qonşular xəbər verib. “Hazırda ev mühasirədədir. Yaraqlılar danışıqlardan və təslim olmaqdan imtina ediblər. Atışma başlayıb”.

Hadisələrin gedişi ilə bağlı məlumat verəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5521

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15